Azərbaycan Boks Federasiyasında yeni təyinat olub

Azərbaycan Boks Federasiyasına (ABF) baş katib təyin olub.

Newsport.az xəbər verir ki, ABF-in prezidenti Sahil Babayevin əmri ilə bu vəzifə Nağı Səfərova həvalə edilib.

O, 2011-2022-ci illərdə də qurumda eyni vəzifədə çalışıb.

Bundan başqa, S.Babayevin sədrliyi ilə federasiyanın İdarə Heyətinin iclası keçirilib. Tədbirdə ABF-in strukturu müzakirə edilərək təsdiq olunub.

Federasiya prezidenti yaradılacaq yeni departamentlərlə bağlı ətraflı məlumat verib. O, idarəetmənin təkmilləşdirilməsi ilə müxtəlif yaş qrupları üzrə milli komandaların beynəlxalq arenalarda Azərbaycanı uğurla təmsil edəcəyinə əminliyini ifadə edib. S.Babayev qeyd edib ki, regionlarda nümayəndəliklərin açılması prosesinə tezliklə start veriləcək, ardınca diqqət rayon və şəhərlərdə boks bölmələrinin fəaliyyətə başlamasına yönələcək.

Hazırda Boks Mərkəzində təlim-məşq toplanışında olan 22 yaşadək boksçuların Avropa çempionatına hazırlığı ilə bağlı müzakirələr aparılıb. Yığmanın Xorvatiyanın Poreç şəhərində keçiriləcək yarışda uğurlu çıxışı üçün maksimum səylərin göstəriləcəyi qeyd olunub.

İdarə Heyətinin üzvləri martın 11-24-də təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatına hazırlığın plan üzrə getdiyini və idmançıların yarışda ölkənin idman şərəfini layiqincə qoruyacağını deyiblər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right