Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində bürünc medal görüşünə çıxıb.
Newsport.az xəbər verir ki, 63 kq-da mübarizə aparan idmançı qırğızıstanlı Dastan Kadırovla qarşılaşıb. Rəqibinə 8:0 hesabı ilə qalib gələn Məmmədov turnirdə 3-cü yeri tutub.