Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində növbəti görüşünü keçirib.
Newsport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 11-ci turda ABŞ-ı təmsil edən ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Şahmatçımız qara fiqurlarla oynayıb. 41-ci gedişdə tərəflər heç-heçəyə razılaşıb.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov hazırda 10 xalla 16 şahmatçı arasında 15-ci pillədə qərarlaşıb.