Pekin-2022 Qış Olimpiya Oyunlarında hokkey yarışına yekun vurulub.
Newsport.az-ın məlumatına görə, final oyununda Rusiya və Finlandiya milli komandaları görüşüb.
Pekində baş tutan qarşılaşma Skandinaviya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla ada Finlandiya yığması tarixində ilk dəfə Olimpiya çempionu olub. Ruslar isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında qızıl medallara sahib çıxıb.
Onu da bildirək ki, Olimpiya çempionluğu indiyədək 9 ölkəyə qismət olub. Finlandiyadan əlavə, Kanada 9, SSRİ 7, ABŞ və İsveç 2, Böyük Britaniya, ABŞ, Çexiya, MDB və Rusiya hərəyə 1 dəfə qalibiyyət əldə edib.