Cüdoçularımız İspaniyada 8 medal qazandı

İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçuların açıq Avropa turniri keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan cüdoçuları turnirinin birinci gününü 4-ü qızıl olmaqla 8 medalla başa vurublar.

Yeniyetmə oğlanlar arasında -50 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məhəmməd Məmişov bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan digər idmançımız Xalid Məmmədov isə turniri bürünc medalla başa vurub.

-55 kq çəki dərəcəsində yarışan Məhəmməd Musayev də bütün rəqiblərini məğlubiyyətə uğradaraq qızıl medal əldə edib. Həmin çəki dərəcəsində yarışan digər cüdoçumuz Xanəhməd Şərifov bürünc medal qazanıb.

-60 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranov və -66 kq çəki dərəcəsində yarışan Nicat Nağıyev də finalda rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

​Yeniyetmə qızlar arasında -44 kq. dərəcəsində mübarizə aparan idmançımız Xumar Qasımzadə bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Yalnız həlledici görüşdə uduzan cüdoçumuz gümüş medal qazanıb. -52 kq çəki dərəcəsində yarışan Fidan Qasımova isə təsəlliverici görüşdə rəqibinə qalib gələrək bürünc medalla təltif edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right