Azərbaycan cüdoçusu Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.
Newsport.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeyə qızıl xal bölümündə qalib gəlib.
Xatırladaq ki, bu gün Məmmədəli Mehdiyev (90 kq) qızıl medal qazanıb.