Azərbaycanın qadın güləşçisi Rusiyada qızıl medal qazanıb

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Rusiyanın Krasnoyarsk şəhərində 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirinin qalibi olub.

Newsport.az məlumatına görə, 59 kq çəki dərəcəsində yer alan Kolesnik finalda rusiyalı Jarqalma Tsırenova üzərində əzmkar qələbə qazanıb - 5:3.

O, əvvəlki qarşılaşmalarında rusiyalı Yuliya Artışkoya "tuşe" ilə, 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjava sonuncu xal prinsipinə əsasən (6:6), yarımfinalda daha bir rusiyalı Yuliya Alborova üzərində tam üstünlüklə (14:1) qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right