Bu gün Azərbaycan Cüdo Federasiyasının növbədənkənar seçkisi keçirilib.
Qol.az-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan seçkidə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti seçilib. Tədbirdə Rövnəq Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Rəşad Nəbiyev və gənclər və idman naziri Fərid Qayıbov iştirak edib
Qeyd edək ki, nazir qarşıdakı 5 ildə bu vəzifədə Rövnəq Abdullayevi əvəz edəcək. R.Abdullayev 2015-ci ildən federasiyaya rəhbərlik edirdi.