Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Norveçin paytaxtı Osloda dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Newsport.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançımız Belarus təmsilçisi Maksim Kajarski ilə üz-üzə gəlib.
Rəqibinə 2:0 hesabı ilə qalib gələn Məmmədov bürünc medal qazanıb.
Qeyd edək ki, M.Məmmədov bundan əvvəl təsnifatda Kriştian Keçkemetiyə (Macarıstan) 3:0, 1/8 finalda Aydos Sultangaliyə (Qazaxıstan) 6:1, 1/4 finalda Ayata Suzukiyə (Yaponiya) 5:1 (tuşe) qalib gəlmişdi, yarımfinalda isə Jolaman Şarşenbekova(Qırğızıstan) 2:4 hesabı ilə uduzmuşdu.