Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayacaq.
Newsport.az məlumatına görə, 59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edəcək. Onun rəqibi belaruslu Kristina Sazıkina olacaq. Qələbə qazanacaq güləşçi növbəti mərhələdə Ebru Dağbaşı (Türkiyə) / Maya Qabriella Nelson (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycanın daha 2 təmsilçisi - Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.