Azərbaycanın kikboksinq ustalarından biri, ağır çəkidə dəfələrlə respublika çempionu olan Aqşin Yusifzadə vəfat edib.
Newsport.az-ın məlumatına görə, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb. Aqşin Yusifzadənin ölüm səbəbi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, mərhum idmançı 1990-cı illərin sonu, 2000-ci illərin əvvəli AKF-nın Milli Komandasının üzvü olub.