Yay Olimpiya Oyunlarının ən gənc ikinci qalibi!

Tokio-2020-də skeytbordinqdə mübarizə davam edir. Newsport.az xəbər verir ki, qadın skeytbordundun küçə növündə medalçılar müəyyənləşib.

Yaponiya təmsilçisi Momici Nişiya (13 yaş 330 gün) hamını qabaqlayaraq qızıl medala sahib çıxıb. O, Yay Olimpiya Oyunlarının ən gənc ikinci qalibi kimi tarixə düşüb. Rekord 1936-cı ildə keçirilən Berlin Olimpiadasında suya tullanmada zəfər qazanan amerikalı Mercori Qestrinqə (13 yaş 268 gün) məxsudu.

Qeyd edək ki, Rayssa Lil (Braziliya) ikinci, Funa Nakayama (Yaponiya) isə üçüncü olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right