Daha bir idmançımız mübarizəni dayandırdı

Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Newsport.az xəbər verir ki, idmançı 1/8 finalda rusiyalı Olqa Nikitina ilə qarşılaşıb. Rəqibinə 13:15 hesabı ilə uduzan Başta yarışla vidalaşıb. 

Qeyd edək ki, Anna Başta ilk görüşündə ABŞ təmsilçisi En-Elizabet Stounu üstələmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right