Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışlarını yekunlaşdırıb.
Newsport.az-ın məlumatına görə, o, 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü pillədə qərarlaşıb. Cəfərov üçüncü raundda aktivinə daha 23 xal yazdırıb.
Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Mübarizəni davam etdirmək üçün atıcımız növbəti 50 atəşdən sonra ilk 6-lığa düşməlidir. Təsnifat mərhələsindən sonra yalnız ilk 6 yerin sahibi mükafatlar uğrunda yarışacaq.
Qeyd edək ki, təsnifat mərhələsinin davamı və həlledici raundlar sabah keçiriləcək.