Tokio-2020: Cavid Çələbiyevdən inamlı qələbə - Erməni ilə döyüşəcək

Daha bir boksçumuz Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Newsport.az-ın məlumatına görə, Cavid Çələbiyev 1/16 finalda Ukrayna boksçususu Yaroslov Hartsizlə görüşüb. Dünya çempionumuz bu dueldə qələbə qazanıb - 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28).

O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də Bakı vaxtı ilə 07:36-da başlayacaq.

Bunadək boks yığmamızın üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) 1/16 final səddini adlayıbsa, Tayfur Əliyevlə (57 kq) Lorenso Sotomayor (69 kq) mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right