Tokio-2020: Cüdoçularımızdan uğursuz start

Azərbaycan cüdoçuları Tokio-2020-yə uğursuz start veriblər.

 

Newsport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov 1/16 finalda Böyük Britaniyadan olan Eşli Makkenziyə vazari ilə qalib gəlsə də, növbəti mərhələdə uduzub. O, 1/8 finalda Gürcüstan cüdoçusu, dünya çempionu Lukum Tsxvimianiyə ipponla məğlub olaraq mübarizəni erkən başa vurmalı olub.

 

Qadın cüdoçumuz Aişə Qurbanlı (48 kq) isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzub.

 

Qeyd edək ki, bu, hər iki idmançımız üçün ilk Olimpiya Oyunları olub.

 

Əlavə edək ki, Azərbaycanı Tokio-2020-də 9 cüdoçu təmsil edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right