Hacı Əliyevlə Şərif Şərifov “Poland Open” turnirində

Sabah Varşavada güləş üzrə “Poland Open” turniri start götürəcək.

Newsport.az saytının məlumatına görə, reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaq.

Yarışın proqramına əsasən, sabah Hacı və Şərif, iyunun 9-da isə Hacımurad mübarizəyə start verəcək. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right