Rəcəbov yenidən Karlsenlə üz-üzə

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

Newsport.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran təmsilçimiz Teymur Rəcəbov  bu mərhələdə Karlsenlə yenidən üz-üzə gələcək. Rəcəbov ilk oyun günündə norveçli rəqibi ilə  2:2 hesablı heç-heçə edib.

Digər yarımfinal görüşündə isə  Uesli So (ABŞ)  Yan Nepomnyaşi (Rusiya) ilə qarşılaşacaq.

29 may

Yarımfinal, cavab görüşləri

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)
İlk oyun - 2:2

Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)
İlk oyun - 2,5:1,5





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right