Araz Abdullayev iki qadını vurduğu maşınını satır

Neftçi” klubun futbolçusu Araz Abdullayev “90 XF 350″ dövlət nömrə nişanlı “Nissan Z 350″ markalı maşınını satışa çıxarıb. MediaPost.az-ın xəbərinə görə, futbolçu bu səhər maşını ilə Badamdar qəsəbəsində yerləşən “Bakı Avtomobillərin Satış Mərkəzi”ndə görünüb. Jurnalistlər onu görüntlüməyə çalışsa da, o tez ərazidən uzaqlaşıb. Maşın bazarıdan çalışan satıcılardan biri müxbirimizə deyib ki, futbolçu maşınını satmağa gətirib. Tuning olunmuş “Nissan Z 350″-ə alverçilər ilkin olaraq 18 min dollar qiymət qoyublar. Lakin bu qiymət futboluçunu qane etməyib. Alverçilərin sözlərinə görə, sağ ön hissəsi dəyişdirilən maşın üçün bu qiymət çoxdur.
 
Qeyd edək ki, ötən il “Neftçi” klubunun futbolçusu Araz Abdullayev bədbəxt hadisə ilə üzləşmişdi. Gənc futbolçu klubun bazasına yollanarkən avtomobil qəzası törətmişdi. Abdullayevin idarə etdiyi “Nissan” avtomobili Nobel prospektində yolu təmizləyən süpürgəçini vurmuşdu. Həmin şəxs isə aldığı zərbədən yerindəcə ölmüşdü. Hadisədən dərhal sonra Xətai Rayon Polis İdarəsindən verilən məlumatda ölənin qadın Zəminə Hüseynova olduğu bildirilirdi. Qəza nəticəsində ağır bədən xəsarətləri alan daha bir nəfər – 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi. Olaydan sonra Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right