Məşhur cütlüklərdən olan Kriştianu Ronaldo və İrina Şeykin ayrılması xəbərinin ardından hər iki tərəfin növbəti "sevgi macəralarına" başlaması özünü çox gözlətməyib.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı ulduzun "Spanish TV"nin müxbiri Lusia Vilyalonla münasibətlər qurduğu barədə söz-söhbət dolaşmaqdadır. Ronaldo "Qızıl top"un təqdimat mərasimindən sonra Vilyalonla səmimi pozalarda şəkillər çəkdirib. Bundan əlavə Ronaldonun ukraynalı top-model Yara Xmidanla da əlaqəli olduğu iddia olunur. Hal-hazırda Nyu-Yorkda işinə davam edən Xmidan getdikcə məşhurluğunu artırmaqdadır.
Bu arada İrina Şeykin "Qaya" ləqəbi ilə tanınan məşhur aktyor Dueyn Consonla görüşdüyü barədə xəbərlər meydana çıxıb.