İtaliyada qış transfer pəncərəsi bağlanıb.
Newsport.az xəbər verir ki, "Nitsa"nın və İtaliya millisinin hücumçusu Mario Balotelli sosial şəbəkə hesabında maraqlı paylaşım edərək yenə gündəmi zəbt etməyi bacarıb. O, ölkəsinin "Sky Sport" kanalının "Calciomercato" proqramının aparıcı xanımı haqda yazıb:
"Sky Sport"un "Calciomercato" proqramındakı qızlar baş tutan transferlərdən daha maraqlıdırlar".
Marionun bu statusu zamanı proqramın aparıcısı Laura Barth olub. Mətbuat Balotellinin həmin xanıma aşiq olduğunu iddia edib.
Qeyd edək ki, Laura "Yuventus" azarkeşidir.






