"Ya pulumu versin, ya da Maşallah Əhmədov cəzasını çəksin"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Newsport.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Əhmədov çıxış edərək hazırda 45 min manat düzəldə bildiyini deyib və məhkəmədən ona vaxt verilməsini istəyib:

 

“Bu pulu indi zərərçəkən Yusif Əzizova verim, ayın 30-a kimi də qalanını düzəldərəm. İndi pul tapmaq asan məsələ deyil. Bunu da zorla tapmışam. Yusifi öyrədiblər, məndən bu qədər pul tələb edir”.

 

Əzizov isə bununla razılaşmadığını deyib: “Ya pulumu versin, ya da Maşallah Əhmədov cəzasını çəksin"

 

Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov əlavə 65 min manat toplaya biləcəklərini deyib və bunun üçün vaxt istəyib.

 

Hakim bildirib ki, məhkəmə Əhmədovun çıxışını son söz kimi qəbul edir.

 

Məhkəmə prosesi yanvarın 30-da davam etdiriləcək.

 

Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 178 min manat dəyərin xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right