Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümündə klublar qış fasiləsinə yollanıb.
Newsport.az-ın məlumatına görə, 14 turdan sonra son çempion "Qarabağ" "qış çempionu" kimi fasiləyə yollanan komanda olub.
Cari mövsümün geridə qalan turları ilə bağlı bir neçə statistik göstərici ilə sizi yaxından tanış edirik:
14 turdan sonra Premyer Liqanın cari mövsümündə penalti vurmayan komandaların sayı 2-di. Bunlar AZAL və "Neftçi"di. Sözügedən komandaların lehinə geridə qalan turlarda penalti təyin olunmayıb.
14 turdan sonra ən çox penalti vuran komanda isə "
2016/2017 mövsümündə ilk penalti 2-ci tura təsadüf etdi. Sözügedən turun “Qəbələ” – “İnter” görüşündə qonaqların xeyrinə penalti təyin olunsa da, Nika Kvekveskiri qeyri dəqiq oldu. Bununlada mövsümün ilk penaltisi boşa çıxdıb.
Ən çox penalti vuran komanda "Zirə", ən çox penalti ilə cəzalandırılan klub isə AZAL-dı.
Bundan başqa 14 turdan sonra "Qarabağ", "Sumqayıt" və "Zirə" penalti ilə cəzalanmayan komandalardı. AZAL isə geridə qalan turlar ərzində penalti vurmayan yeganə kollektivdi.
"Qarabağ"
Lehinə: 1 penalti
Əleyhinə: _____
"İnter"
Lehinə: 3 penalti
Əleyhinə: 3 penalti
"Kəpəz"
Lehinə: 1 penalti
Əleyhinə: 1 penalti
"Zirə"
Lehinə: 4 penalti
Əleyhinə: _____
AZAL
Lehinə: _____
Əleyhinə: 5 penalti
"Neftçi"
Lehinə: 2 penalti
Əleyhinə: 1 penalti
"Qəbələ"
Lehinə: 2 penalti
Əleyhinə: 3 penalti
"Sumqayıt"
Lehinə: 2 penalti
Əleyhinə: _____
Geridə qalan turlar ərzində ən çox penalti təyin edən hakim isə Əliyar Ağayevdi. Ağayev 2 dəfə "İnter"in, 2 dəfə "Qəbələ"nin, 1 dəfə isə "Kəpəz"in lehinə penalti verib. İkinci pillədə isə Rəhim Həsənov qərarlaşıb.
Ümumilikdə isə siyahı aşağıdakı kimidi:
Əliyar Ağayev: 5 penalti
Lehinə: “İnter” (2 dəfə), “Qəbələ” (2 dəfə), “Kəpəz” (1 dəfə)
Əleyhinə: AZAL (2 dəfə), “Kəpəz” ( 2 dəfə), “Qəbələ” (1 dəfə)
Rəhim Həsənov: 3 penalti
Lehinə: “Zirə” (1 dəfə), “Sumqayıt” (1 dəfə), “Qarabağ” (1 dəfə)
Əleyhinə: “Neftçi” (1 dəfə), “Qəbələ” (2 dəfə)
Rauf Cabbarov: 2 penalti
Lehinə: “İnter” (1 dəfə), “Zirə” (1 dəfə)
Əleyhinə: “Qəbələ” (1 dəfə), AZAL (1 dəfə)
Ömər Paşayev: 1 penalti
Lehinə: “Kəpəz” (1 dəfə)
Əleyhinə: “İnter” (1 dəfə)
Fariz Yusifov: 1 penalti
Lehinə: “Zirə” (1 dəfə)
Əleyhinə: AZAL (1 dəfə)
İnqilab Məmmədov: 1 penalti
Lehinə: “Zirə” (1 dəfə)
Əleyhinə: “Kəpəz” (1 dəfə)
Rəvan Həmzəzadə: 1 penalti
Lehinə: “Neftçi” (1 dəfə)
Əleyhinə: “İnter” (1 dəfə)
Ramil Diniyev: 1 penalti
Lehinə: AZAL (1 dəfə)
Əleyhinə: “Sumqayıt” (1 dəfə)
Səxavət QURBANOV, İdmanxeber.com
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyləşdirilir".
