Hakimimiz "soyundurdu" , UWW cezalandirdi Layihə

Rio-2016-da sərbəst güləş üzrə 65 kq-da bürünc medal uğrunda görüşdə qalmaqal baş verdi. Hicran Şərifov monqolustanlı Mandaxnaran Qanzoriginin özbək İxtiyar Novruzovla mübarizədən aşkar yayındığını görüb, rəqibə 1 xal verdi. Buna kəskin etiraz edən monqolustanlı məşqçilər paltarlarını soyunaraq döşəyə atdılar. Artıq Dünya Güləş Birliyi (UWW) onlar haqda ölçü götürüb. Tserenbatar Tsoqbayar və Byambarinçen Bayara 3 il müddətinə diskvalifikasiya edilibsə, Monqolustan Güləş Federasiyası 50 min İsveçrə frankı dəyərində cərimə olunub.

Newsport.az məsələylə bağlı Hicran bəyin fikirlərini öyrənib:

“Olimpiadadan sonra Dünya Güləş Birliyi hər hansı iclas keçirməyib. Dekabrda toplantı keçiriləcək. Bu üzdən hələ Riodakı hakimliyə qiymət verilməyib. Ancaq Olimpiya Oyunlarının gedişində yarışdan uzaqlaşdırılan ədalət təmsilçiləri oldu. A döşəyində Puerto-Riko güləşçisi uduzduruldu. Orta hakim koreyalı, yan hakim gürcü idi. Jüri isə rusiyalı idi. Döşək rəhbəri isə Almaniyanı təmsil edirdi. Almanın fikirləriylə digər 3 hakimin fikri üst-üstə düşmədi. Sonradan məlum oldu ki, səhv edən onlar olub. Dərhal yarışdan uzaqlaşdırdılar. Hətta bu 3 hakimi digər həmkarları arasında oturmağa da imkan vermədilər. Amma mənim idarə etdiyim qarşılaşmada hər şey dəqiqliyi ilə hesablanmışdı. Əvvəlcə özbək məşqçi protest verdi, uduzdu. Monqolustanlı güləşçi 1 xal fərqlə öndə idi. Amma mübarizədən yayındığı üçün rəqibə 1 xal verdim. Monqolların da protesti qəbul olunmadı. Döşəkdə yaşananlar böyük monitor vasitəsiylə nümayiş etdirildi. Hamı gördü ki, hakimin qərarı düzdür. Həmin görüşdən sonra rəhbərlik dəqiq idarəçiliyə görə mənə minnətdarlığını bildirdi. Hətta bir nəfər söylədi ki, monqol güləşçi Useyn Boltdan da bərk qaçırdı. Şərifov cərimə xalı verməyib, nə etməliydi ki? Bu qərara kəskin etirazını paltarlarını soyunmaqla bildirən monqolustanlı məşqçilərin cəzalandırılacağını gözləyirdim. Dünya Güləş Birliyi onları cəzalandırmasaydı, həddən artıq yumşaqlıq etmiş olardı. Bundan sonra hər ölkənin məşqçisi cürbəcür hərəkət edər. Bu üzdən cəza mütləq olmalıydı. Monqolustan Güləş Federasiyasının cərimələnəcəyini də gözləyirdim. Ancaq cəzanın miqdarı haqqında təsəvvürüm yox idi. Bütün dünyada hamı bu hadisədən danışırdı. Bu, nə Avropa, nə də dünya çempionatı deyildi ki, 40-50 ölkənin idmançıları iştirak etsin. Olimpiadada 200-dən artıq ölkənin idmançıları mübarizə aparırdı. Yarış bütün dünyanın gözü qarşısında keçirilirdi. Onların haqsız ola-ola bu qədər zidd getmələri onları bir az da quyuya saldı”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right