Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Newsport.az-ın məlumatına görə, güləş yarışlarının altıncı günündə 57 və 74 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.
57 kq
Yarışa 1/8 finalda başlayan dünya çempionu Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Cunsk Yun olub. İdmançımız bu mərhələdə inamlı qələbə qazanıb - 12:2.
Hacı Əliyev 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə qarşılaşıb. Bu dəfə idmançımız rəqibinə uduzub - 3:4. Vladimir Xinçeqaşvili finala qədər yüksəldiyi, H. Əliyev bürünc üçün təsəlliverici görüşlərə qatılacaq. Güləşçimiz ilk təsəlliverici görüşündə Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə 10:8 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal uğrunda bolqarıstanlı Vladimir Vladimirovla güləşib. Rəqibinin kürəyini yerə vuran Hacı Əliyev bürünc medalın sahibi olub.
75 kq
Cəbrayıl Həsənovun da ilk görüşü 1/8 finalda olub. O, bu mərhələdə kolumbiyalı Karlos Arturo İzquerdo ilə üz-üzə gəlib və rəqibi üzərində asan qələbə qazanıb - 10:0. Güləşçimiz 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) ilə qarşılaşacaq. Bu dəfə də inamlı qələbə qazanan (11:0) Cəbrayıl yarımfinala yüksəlib .O, yarımfinalda Aniuar Qeduyevlə (Rusiya) güləşib. Bu görüşdə C.Həsənov 4:5 hesabı ilə uduzub.
Məğlubiyyətə baxmayaraq, idmançımız bürünc medal uğrunda güləşib.