Qadın güləşçilərimiz də Rioya yollandı

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq.

Newsport.az-ın məlumatına  görə, sərbəst və yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri artıq Braziliyadadır. Güləşçilərimiz Rio-de-Janeyro şəhərində Kuba yığma komandaları ilə birgə təlim-məşq toplanışında iştirak edir.

Bu gün isə Olimpiadada iştirak edəcək qadın güləşçilərimiz Rio-de-Janeyroya yola düşüb. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (48 kq), Nataliya Sinişin (53 kq) və Yuliya Ratkeviç (58 kq) Olimpiadada mübarizə aparacaq. Qadın güləşçilərin mübarizəsi avqustun 17-18-də baş tutacaq.

Xatırladaq ki, Mariya Stadnik Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanıb. Yuliya Ratkeviç isə London Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right