3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində mübarizəni 1/4 finalda dayandırıb.
Newsport.az xəbər verir ki, təmsilçimiz qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çinin “Pekin” klubuna uduzub – 17:20.
“Neftçi SOCAR” ilk oyunda ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib.
Azərbaycan komandası sonuncu qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.