“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala yüksəldi

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb.

Newsport.az xəbər verir ki, komanda ilk oyunda ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib.

Azərbaycan təmsilçisi sonuncu qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.

“Neftçi” qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çinin “Pekin” klubuna rəqib olub.

Təmsilçimizin 1/4 final oyunu səhər saat 7:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right