“Neftçi” Dünya Seriyasında mübarizəyə başlayır

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verir.

Newsport.az xəbər verir ki, “ağ-qaralar” B qrupunda mübarizə aparacaq.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Bakı vaxtı ilə saat 11:20 Polşa, 15:30-da isə Çinlə üz-üzə gələcək.

Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right