Azərbaycan şahmatçıları dünya çempionatında iştirak edəcəklər

Azərbaycan şahmatçıları Qazaxıstanda dünya çempionatında iştirak edəcəklər.

Newsport.az xəbər verir ki, bu gün Almatı şəhərində mundialın açılış mərasimi keçiriləcək.

Yarışda 83 ölkədən 785 şahmatçı mübarizə aparacaq. Çempionat 8, 10 və 12 yaş kateqoriyasında oğlan və qızları arasında təşkil olunacaq.

Dünya çempionatında Azərbaycanı Fatimə Mirzəliyeva, Nurlan Əzizli, Mehriban Əhmədli, Mələk Əsədli, Atilla Orman, Kənan Babasoy və Əsnad Baxşızadə təmsil edəcəklər.

11 turdan ibarət dünya çempionatına sentyabrın 30-da yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right