Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti, “SportAccord” təşkilatının rəhbəri Uğur Erdenerlə görüşüb.

Bu barədə Newsport.az-a Gənclər və idman nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı qurumun keçirdiyi irimiqyaslı idman tədbirlərinin Azərbaycanda təşkili, eləcə də oxatma idman növünün ölkəmizdə inkişafı haqqında müzakirələr aparılıb.

Görüşdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right