AVF rəsmisi CEV Kubokuna təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Newsport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər veir ki, mütəxəssis qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində baş tutacaq “İstanbul” (Türkiyə) – “Novara” (İtaliya) qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Bu gün İstanbulda keçiriləcək cavab oyununun hakimləri serbiyalı Darko Saviç və ispaniyalı Qloriya Suto Ximenes olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right