“Neftçi” “Sərhədçi” ilə üz-üzə

Azərbaycan Basketbol Liqasının 14-cü turunda “Neftçi” bu gün “Sərhədçi” ilə üz-üzə gələcək.

Newsport.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçiriləcək A qrupunun matçı saat 19:00-da başlayacaq.

“Neftçi” hazırda qrupda 4-cü, “Sərhədçi” isə 5-ci yerdə qərarlaşıb. Hər iki komandanın 18 xalı var.

14-cü turun daha əvvəl keçirilən matçlarında “Naxçıvan” “Abşeron”u 76:70, “Quba” “Sumqayıt”ı 90:80 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right