Kişi voleybolçular arasında Yüksək Liqa başlayır

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mövsümə start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

“Murov Az Terminal” MOİK-lə üz-üzə gələcək. Matç saat 15:00-da başlayacaq.

Daha sonra "Neftçi" və "Azərreyl" münasibətlərə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 17:00-da səsləndiriləcək.

Qeyd edək ki, I tura dekabrın 5-də “Gənclər” - “Xilasedici” oyunu ilə yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right