"Sabah" basketbol klubunun daha bir rəqibi müəyyənləşdi

Basketbol üzrə Avropa kubokunun qrup mərhələsində “Sabah”ın daha bir rəqibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, "Marussi” (Yunanıstan) "bayquşlar"la bir qrupda yarışacaq.

Komanda seçmə mərhələsinin cavab matçında “Peja”ya (Kosovo) 106:81 hesabı ilə qalib gəlib. İlk oyunda da qələbə qazanan (98:75) yunanlar Azərbaycan təmsilçisinin rəqiblərin biri olub.

Xatırladaq ki, "Sabah"ın digər rəqibi daha əvvəl müəyyənləşən “Nörçöppinq Delfins”dır.

Qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right