"Formula 1" pilotu: Bakı ən sevdiyim treklərdən biridir

Keçən il Bakıda uğurlu çıxış etdim. Bura həqiqətən ən çox sevdiyim treklərdən biridir.

Newsprot.az "Gpblog" nəşrinə istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Oliver Berman həftəsonu təşkil olunacaq Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

Paytaxtımızdakı yarışda Kevin Maqnusseni əvəzləyəcək 19 yaşlı britaniyalı sürücü "Formula 1"də mübarizə aparacağı üçün həyəcanlı olduğunu söyləyib.

O, Bakıdakı trekin çətin olduğunu da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq. Oliver Berman 2023-cü ildə ölkəmizdə gerçəkləşən "Formula 2" yarışının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right