UEFA Avropa Liqasının III təsnifat mərhələsində baş tutan "Ayaks" (Niderland) - "Panatinaikos" (Yunanıstan) matçında qitə kubokları tarixinin ən uzun penaltilər seriyası qeydə alınıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, bu cütün qalibi penaltilər seriyasında müəyyənləşib.
Komandalar hərəyə 17 zərbə vurub. Niderland klubu 13:12 hesabı ilə qələbə qazanıb və pley-off mərhələsinə yüksəlib. Bu, avrokuboklar tarixinə ən uzun penaltilər seriyası kimi düşüb.
Qeyd edək ki, Amsterdamda baş tutan qarşılaşmanın əsas vaxtı Yunanıstan klubunun 1:0 hesablı qələbəsi ilə bitib. İlk oyunda isə Niderland təmsilçisi eyni hesabla qələbə qazanmışdı.