“Azərbaycan adına döyüşəndə emosional hisslər keçirirəm”

“Azərbaycan mənə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməyim üçün şərait yaratdı. Odur ki, hər zaman bayrağımızı yüksəklərdə dalğalandıracağam”. Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycan boksçusu Alfonso Dominqes deyib.

Vətənə qayıdan Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı hava limanında jurnalistlərə açıqlama verib. O, Azərbaycan adına döyüşəndə fərqli hisslər keçirdiyini bildirib: “Azərbaycan adına döyüşəndə emosional hisslər keçirirəm. Həmişə Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa çalışıram. Azərbaycan xalqının mənə göstərdiyi etimadın əvəzini medalla çıxıram”.

Qeyd edək ki, Azərbaycan  Paris-2024 Yay Olimpiya Oyunlarında ümumilikdə 7 medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right