Azərbaycan idmançıları Paris-2024-də çıxışlarını başa vurublar.
Newsport.az-ın məlumatına görə, 48 idmançıdan 7-si medal qazanıb.
Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.
Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçedlidze ilə üz-üzə gəlib və 10:0 hesablı qələbəyə sevinib. Bununla da, o, üçüncü bürünc medalı Azərbaycana qazandırıb.
7 medal qazanan idmançıların siyahısı:
Cüdo: Hidayət Heydərov (73 kq) – qızıl
Zelim Kotsoyev (100 kq) – qızıl
Boks: Alfonso Dominges (92 kq) – gümüş
Taekvondo: Qaşım Maqomedov (58 kq) – gümüş
Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) – bürünc
Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) – bürünc
Maqomedxan Maqomedov (97 kq) – bürünc