Azərbaycan güləşçisi yarımfinalda uduzdu Yenilənib

Azərbaycanın Yunan-Roma güləşi üzrə milli komandasının üzvü Sabah Şəriəti bu gün Paris-2024-də mübarizəyə başlayıb.

Newsport.az xəbər verir ki, 130 kq. çəkidə yarışan Rio-2016 Olimpiadasının bürünc mükafatçısı olan Sabah Şəriəti (35 yaş) 1/8 finalda Estoniya güləşçisi Heiki Nabi (39 yaş) ilə qarşılaşıb.

Nabi 2006 və 2013-cü ildə dünya çempionatında qızıl, 2012 London Olimpiadasında isə gümüş medal qazanıb. 

Görüş Şəriətinin qələbəsi ilə başa çatıb. O, 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Qazaxıstan güləşçisi Alimxan Sızdıkov (Asiya çempionu, 2022-ci il) olub. Şəriəti bu görüşdə də qalib gələrək (4:0) 1/2 finala yüksəlib.

Yarımfinalda onun rəqibi dördqat Olimpiya, beşqat dünya çempionu Kuba idmançısı, 41 yaşlı Lopez Nunyes olub. Lopez 4:1 hesabı ilə qalib gələrək 5-ci dəfə Olimpiya Oyunlarının finalına yüksəlib. Şəriəti isə bürünc medal uğrunda yarışacaq.

1/2 final görüşləri bu gün Bakı vaxtı ilə saat 23:00-dan etibarən başlayacaq. Medal uğrunda qarşılaşmalar isə sabah keçiriləcək

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right