Paris-2024: Azərbaycan idmançısının qatılacağı yarış təxirə salındı

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının triatlon yarışı növbəti dəfə təxirə salınıb. Newsport.az xəbər verir ki, buna səbəb Sena çayında suyun keyfiyyətinin qənaətbəxş olmamasıdı.

Yarışın təşkilatçıları bu səbəbdən təxirəsalma barədə qərar qəbul ediblər. Lakin yarışın nə vaxt baş tutacağı hələ bəlli deyil. Bu isə o deməkdi ki, Azərbaycan idmançısı Rostislav Pevtsovun qatılacağı turnir qeyri-müəyyən vaxta keçirilib.

Qeyd edək ki, kişi triatlonçuların yarışı daha əvvəl iyulun 30-dan 31-nə təxirə salınmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right