Tramp da Parisdəki açılışdan narazıdır: “Onların etdikləri biabırçılıq idi”

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Olimpiadanın açılışına münasibət bildirib.

Xatırladaq ki, tədbirin ayrı-ayrı səhnələri ictimaiyyətin kəskin tənqidinə səbəb olub.

“Açılış mərasiminin biabırçılıq olduğunu düşündüm. Mən heç kimə qarşı deyiləm, çox geniş dünyagörüşünə malik insanam. Amma mənim üçün onların etdikləri biabırçılıq idi”, – deyə prezidentliyə namizəd “Fox News”a müsahibəsində qeyd edib.

Tramp yenidən prezident seçiləcəyi təqdirdə, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadanın açılış mərasiminə necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb. “Parisdə təsvir olunduğu kimi “Son Şam yeməyi” səhnəsi olmayacaq”, – deyə Tramp cavab verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right