Fransalı idmançı Hidayət haqqında “O, çox güclüdür”

“O, qələbə üçün hər şeyi etdi. Mən bu qalibiyyətə hörmət etməliyəm”. Newsport.az xəbər verir ki, bunu fransalı cüdoçu Joan-Benjamin Qaba deyib.
 
Paris-2024 Yay Olimpiya Oyunlarında finalında Hidayət Heydərova məğlub olan 23 yaşlı cüdoçu Azərbaycan təmsilçisinin güclü olduğunu bildirib:
 
 “Hidayət çox güclüdür. Bu qələbə münasibətilə onu təbrik edirəm. Ümid edirəm ki, Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarında qızıl medal mənim olacaq”. 
 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right