Bu gün boks yarışlarında Azərbaycanın daha bir boksçusu mübarizəyə başlayıb.
Newsport.az-ın məlumatına görə, Azərbaycan boksçusu - 63,5 kq. çəki dərəcəsində yarışan Malik Həsənov Laşa Quruli (Gürcüstan) ilə qarşılaşıb. Təmsilçimiz 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün Olimpiadanın açılış mərasimində Azərabycanın bayraqdarı olan M.Abdullayev 1/8 finalda Nelvi Tiafaka (Almaniya) uduzaraq turnirlə vidalaşmışdı.