Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Newsport.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.
Lunyov 33 iştirakçı arasında 24-cü olub və final mərhələsinə yüksələn 8 idmançı sırasına düşə bilməyib.
İdmançı avqustun 4-ü 25 metr məsafədən atəşaçmada da qüvvəsini sınayacaq.