Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq.
Newsport.az-ın Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Anar Rza jurnalistlərə açıqlamasında bildirib.
O, turnirə iki yeni komandaların qoşulacağını və sayın 12-yə çatdırılacağını vurğulayıb: "Bunların hansı kollektivlər olacağı hələlik bəlli deyil. İyunun 5-də federasiya rəhbərliyi klublarla görüşəcək. Orada bu məsələlər müzakirə ediləcək. Legioner limiti ya "3+2", ya da "4+1" olacaq. Klub sayı artsa, birinci liqa da yaradıla bilər. İyunun 5-dən sonra daha dəqiq nəsə deyə bilərik".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının 2023/2024 mövsümünün qalibi "Sabah" olub.