Karateçilərimiz Avropa çempionatında 4 medal qazandı

Azərbaycan Karate Federasiyasının idmançıları Ənənəvi Karate-Do üzrə Avropa çempionatında 3 medal qazanıblar. 
 
Almaniyanın Regensburq şəhərində keçirilmiş yarışda İmran Quluzadə (-72 kq.) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. +80 kq çəki dərəcəsində Fuad Əliyev qitə miqyaslı yarışın bürünc mükafatını qazanıb. Təmsilçilərimiz komanda yarışında da fərqlənməyi bacarıblar. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət üçlük Avropa çempionatını üçüncü yerdə başa vurub. 
 
Qeyd edək ki, komandamıza bu yarışda AKF-in Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi  rəhbərlik edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right