Voleybol: Yarımfinal mərhələsinin təqvimi dəqiqləşib

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin təqvimi dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, pley-off qarşılaşmaları 15-18 aprel tarixlərində keçiriləcək.

Əsas mərhələnin nəticələrinə əsasən turnir cədvəlində birinci olan komandalar dördüncü yerin sahibləri ilə, ikincilər isə üçüncü yerləri tutan klublarla qarşılaşacaqlar.

Yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazansalar (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi “Qızıl set”də müəyyənləşəcək.

Yarımfinal oyunlarının təqvimi:

İlk matçlar
15 aprel
15:00. “Azərreyl” – MOİK (kişilər)
18:00. “Azərreyl” – “Gəncə” (qadınlar)

16 aprel
15:00. “Murov Az Terminal” – “Neftçi” (kişilər)
18:00. “Abşeron” – “Murov Az Terminal” (qadınlar)

İkinci matçlar
17 aprel
15:00. MOİK – “Azərreyl” (kişilər)
18:00. “Gəncə” – “Azərreyl” (qadınlar)

18 aprel
15:00. “Neftçi” – “Murov Az Terminal” (kişilər)
18:00. “Murov Az Terminal” – “Abşeron” (qadınlar)

Oyunlar GİN-nin Voleybol Mərkəzində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right