Bu gün Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 14-cü turunun növbəti oyunu baş tutub.
Newsport.az xəbər verir ki, "Gəncə" və "Sərhədçi" klublarının qarşılaşdığı oyunda qonaqlar 79-72 hesabı ilə qalib gələrək, pley-off şanslarını bir qədər də artırıblar.
Ən məhsuldar basketbolçular: "Gəncə" (Culs Mur - 21 xal, 2 asist), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 18 xal, 9 ribaund)
Qeyd edək ki, 14-cü turun son oyunu ("NTD-İNDİQO" - "Xırdalan") 11 fevral tarixində baş tutacaq