İsveç millisinin meneceri Azərbaycanın da yer aldığı qrup haqda: "Reytinq əhəmiyyət kəsb etmir"

İsveç millisinin meneceri Stefan Pettersson Azərbaycan, Estoniya və Slovakiya komandaları ilə C1 qrupunda oynayacaqları Millətlər Liqasının püşkatma mərasimini şərh edib.

Newsport.az yerli federasiyanın rəsmi saytına danışan Petterson çətin qrupda yer aldıqlarını deyib:

"Bu, bizə tanış olan millilərin yer aldığı maraqlı qrupdur. FİFA reytinqinə baxanda, Slovakiya ən güclü rəqibdir. Amma oyunlara gəldikdə, reytinqlər ümumiyyətlə əhəmiyyət kəsb etmir. Biz yaxşı hazırlaşdığımızdan və bu qrupda yaxşı çıxış etdiyimizdən əmin olmalıyıq".

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də start veriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right